Şəbnəm Tovuzlu qızının bu görüntülərini sildirmək istəyirdi - Bu da həmin VİDEO

Şəbnəm Tovuzlunun qızının yol hərəkəti qaydalarını pozması ilə bağlı yayılan video ilə bağlı araşdırma aparılıb.

Mar 4, 2026 - 14:55
Mar 4, 2026 - 14:56
Şəbnəm Tovuzlu qızının bu görüntülərini sildirmək istəyirdi - Bu da həmin VİDEO

SAVASHMEDİA.az avtosfer.az-a istinadla xəbər verir ki, polis əməkdaşları sürücü Günel Hüseynova ilə profilaktik söhbət aparıb, ona mövcud qanunvericiliyin tələbləri izah edilib.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 342.1.4 (Hərəkət zamanı sükanı əlindən buraxmağa, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etməyə görə) və 329.1 (Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə) maddələri əsasında protokol tərtib olunub.

Xatırladasq ki, bundan öncə isə xanım müğənni yayılan xəbər və videoların silinməsini tələb edib.

Şəbnəm Tovuzlu sosial şəbəkə hesabından Avtosfer.az-ın səhifələrini bağlatdırmaqla bağlı təhdid edən mesajlar və səs yazısı göndərib.