Ukrayna Rusiyanın 5 gəmisini vurdu
Ukrayna ordusu Novorossiyskdə Rusiyanın beş hərbi gəmisinə zərbə dronlarından istifadə edərək zərər vurub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Gəmilərdən birinə - “Valentin Pikul” dəniz mina gəmisinə ciddi ziyan dəyib. Rusiya Qara Dəniz Donanmasının kiçik sualtı gəmi əleyhinə gəmiləri “Eysk” və “Kasimov” da zərər görüb. Hücum nəticəsində 3 rus hərbçisi ölüb, 16-sə yaralanıb.
Novorossiyskə endirilən zərbə yanğının baş verdiyi strateji neft terminalı “Şesxaris”ə də dəyib. Neft tankerləri və S-400 hava hücumundan müdafiə sisteminin radar stansiyasına dəyən ziyan təsdiqlənib.
Həmçinin, kiçik sualtı gəmi əleyhinə “Albatros” gəmilərinin lövbər saldığı ərazidə dağıntı qeydə alınıb.
Novorossiysk Qara dənizdəki əksər Rusiya hərbi gəmilərinin bazası və regionun ixrac infrastrukturu üçün əsas mərkəzdir.
Səlcuq