Oğlunun Qrenlandiyadan göndərdiyi videonu paylaşdı - Parlament Trampı qınadı
Donald Tramp qrenlandiyalıların ABŞ-nin tərkibində yaşamaq istədiklərini əks etdirən video yayımlayıb.
SAVASHMEDİA.az-ın məlumatına görə, “Truth” sosial şəbəkəsində yerləşdirilmiş videoda bəzi qrenlandiyalılar Trampdan Danimarkaya məxsus adaları satın almasını xahiş edib.
Videonu Donald Trampın bu günlərdə Qrenlandiyaya səfər etmiş oğlu, kiçik Trampın komandası lentə alıb.
“Oğlumu və onunla adaya səfər etmiş digər ABŞ nümayəndələrini belə yaxşı qarşıladığınız üçün Qrenlandiya xalqına təşəkkür edirəm. Biz sizinlə yenidən görüşəcəyik, həm də tezliklə!" – Donald Tramp yazıb.
Qrenlandiya parlamenti isə videonun səhnələşdirildiyini iddia edərək baş verənlərə etiraz edib.
Səlcuq