Sabirabadda zəlzələ oldu

Saatlı stansiyasından 10 km şimalda, Sabirabad rayonunda zəlzələ qeydə alınıb.

Sep 23, 2025 - 01:11
Sabirabadda zəlzələ oldu

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 00.11-də qeydə alınan zəlzələnin maqnitudası 3,0 olub.

Zəlzələ ocağı Yerin 66 kilometr dərinliyində yerləşib.