“Ayrılsak da beraberiz”in məşhur aktrisası tanınmaz halda - FOTOLAR
Türkiyənin ustad aktrisası Tuluğ Çizgenin şəkilləri yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bir vaxtlar məşhur seriallarda rol alan aktrisa artıq qocalar evində yaşayır.
76 yaşlı T. Çizgenin qocalar evindən yayılmış fotoları izləyiciləri kədərləndirib.
Şəkillərdən aktrisanın çox yaşlandığı və əvvəlki halından əsər-əlamət qalmadığı görünür.
Qeyd edək ki, Tuluğ Çizgen “Perihan abla” (Meraklı Melahat), “Ayrılsak da beraberiz” (Mehveş), “Ruhsar” (Gözüm abla) kimi məşhur seriallarda rol alıb.
Banu
Fotolarda: Tuluğ Çizgen