"Qızıl top"u Usman Dembele qazandı
"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının qalibi bəlli olub.
SAVASHMEDİA.az xəbər verir ki, Fransanın PSJ klubunun oyunçusu Usman Dembele ilin ən yaxşı futbolçusu adına layiq görülüb.
İkinci sıranı İspaniya "Barselona"sının üzvü Lamin Yamal, üçüncünü isə Dembelenin komanda yoldaşı Vitinya tutub.
Qeyd edək ki, ötən il "Qızıl top" mükafatını "Mançester Siti" və İspaniya yığmasının yarımmüdafiəçisi Rodri qazanmışdı.