Həmid Herisçi niyə "fars ağzı" ilə danışdı? - İrandan paylaşdığı VİDEO 

Müharibə başlamazdan bir neçə gün öncə İrana səfər edən tanınmış azərbaycanlı yazıçı Həmid Herisçinin Təbrizdən paylaşdığı video suallar doğurub.

Mar 6, 2026 - 17:22
Mar 6, 2026 - 17:52
Həmid Herisçi niyə "fars ağzı" ilə danışdı? - İrandan paylaşdığı VİDEO 

SAVASHMEDİA.az xəbər verir ki, H.Herisçi həmin videoda İranın Naxçıvana etdiyi dron hücumları barədə danışıb. 

Lakin yazıçının danışığından belə anlaşılır ki, onun Naxçıvanda nə olduğundan tam olaraq xəbəri yoxdur. Çünki öz təbiri ilə desək,  “Naxçıvana yağmış mərmi”, “ Naxçıvana yağmış bomba” , Naxçıvanda ölmüş insanlar” üçün Azərbaycana təsəlli verib:

“Mən indi Təbriz şəhərindəyəm. Xəbərlər gəldi ki, Naxçıvanda mərmilər yağıb. Təbrizədən öz doğma xalqıma təsəlli verirəm. Bunun çox böyük əhəmiyyəti var, Təbriz Bakıya təsəlli verir, Naxçıvanda ölmüş insanlar üçün, yağmış bombalar üçün”.

Daha bir qəribə məqam odur ki, Azərbaycanın rəsmi dairələrinin Prezident səviyyəsində təsdiqlədiyi İran hücumunu şübhə altına alaraq, araşdırılma tövsiyə edir:

“Təbrizin özündə də vəziyyət o qədər yaxşı deyil. Deyirlər ki, Naxçıvana düşmüş bu bombalar İrandan atılmayıb. Başqa yerdən atılıb. Hər halda Təbrizdə bu söz-söhbətlər gedir. Baş vermiş hadisə dərindən öyrənilməlidir, öncədən fikirlər demək hələ tezdir.

Qeyd edək ki, H.Herisçinin bu fikirləri sosial şəbəkələrdə insanların kəskin etirazına və qınağına səbəb olub. Onlar Həmid Herisçini İranın mövqeyindən danışmaqda ittiham ediblər. Onu molla rejiminin xidmətçisi adlandırıblar.

Xatırladaq ki, dünən Naxçıvana dron hücumları həyata keçirilib. Dronlardan biri Muxtar Respublikanın Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hücumlar nəticəsində 4 nəfər xəsarət alıb. 

Azərbaycan rəsmi dairələrinin yaydığı məlumatlarda dron hücumunun İran tərəfindən həyata keçirildiyi təsdiqlənib. Daha sonra Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirib. Prezident bildirib ki, Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib.

Banu