"Rusiyaya bir qarış da torpaq verməyəcəyik" - Zelenski Trampa meydan oxudu
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampın gələn həftə Vladimir Putinlə Alyaskada görüşü zamanı müzakirə ediləcəyini dediyi “torpaq mübadiləsi” planına sərt reaksiya verib.
SAVASHMEDİA.az xarici mətbuata istinadən xəbər verir ki, Zelenski heç bir torpaq mübadiləsindən söhbət gedə bilməyəcəyini vurğulayıb.
“Donald Trampla həqiqi və daimi sülh üçün çalışmağa hazırıq. Ancaq Moskvaya bir qarış torpaq belə verməyəcəyik. Rusiya işğalı konstitusiyamıza və Ukrayna xalqının iradəsinə ziddir. Ukraynanı kənarda saxlayan istənilən plan sülhə qarşıdır.Torpağımızdan bir qarış da güzəştə getməyəcəyik. Bura bizim torpağımızdır. Biz Ukraynayıq” – Zelenski bildirib.
Qeyd edək ki, Donald Tramp “Truth” sosial şəbəkəsində Vladimir Putinlə avqustun 15-də Alyaska ştatında görüşəcəyini bildirib. O həmçinin qeyd edib ki, Ukrayna ilə Rusiya arasında torpaq mübadiləsi planlaşdırılır. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da jurnalistlərə açıqlamasında görüşün baş tutacağını təsdiqləyib.
Banu