Tramp rusiyalı həmkarını şəxsən qarşılamağı planlaşdırır

Bu gün Rusiya prezidenti Vladimir Putinin gəlişi şərəfinə Alyaskadakı Elmendorf-Riçardson Birgə Bazasında qırmızı xalı salınması gözlənilir. 

Aug 15, 2025 - 15:18
Tramp rusiyalı həmkarını şəxsən qarşılamağı planlaşdırır

SAVASHMEDİA.az xəbər verir ki bu barədə NBC News telekanalı məlumat yayıb. 

Ağ Ev administrasiyasının iki yüksək vəzifəli məmuruna istinadən verilən məlumata görə, Tramp rusiyalı həmkarını şəxsən qarşılamağı planlaşdırır.

Rəsmilər vurğulayıblar ki, görüş zamanı hərəkətin dəqiq təfərrüatları və ssenarisi hələ də yekunlaşmaq üzrədir.

Mənbənin sözlərinə görə, Trampın cümə günü görüşdən əvvəl Ukrayna prezidenti Vladimir Zelenskiyə və ya Avropa liderlərinə zəng etməsi gözlənilmir. Bununla belə, onun Vaşinqtondan Ankoric şəhərinə yeddi saatlıq uçuşu zamanı bunun dəyişə biləcəyi bəlli deyil.

Xatirə SADİQ