Əli Əsədovdan Laçın hava limanı ilə bağlı SƏRƏNCAM

Baş nazir Əli Əsədov Laçın Hava Limanına beynəlxalq status verilməsi barədə sərəncam imzalayıb.

May 26, 2025 - 11:12
Əli Əsədovdan Laçın hava limanı ilə bağlı SƏRƏNCAM

SAVASHMEDİA.az xəbər verir ki, sərəncamda deyilir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Hava Yolları” QSC-nin razılaşdırılmış təklifləri nəzərə alınaraq Laçın rayonunda tikintisi başa çatdırılmış beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Laçın Hava Limanına beynəlxalq status verilsin.

Xarici İşlər Nazirliyi bununla bağlı müvafiq beynəlxalq təşkilatlara məlumat göndərməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.