Bu əməliyyatı keçirmiş şəxslər hərbi xidmətə çağırılmayacaq   - RƏSMİ

Bəzi tibbi əməliyyatlar keçirmiş şəxslər hərbi xidmətə yararsız hesab olunur və çağırışdan azad edilir. 

Aug 15, 2025 - 15:40
Aug 15, 2025 - 15:41
Bu əməliyyatı keçirmiş şəxslər hərbi xidmətə çağırılmayacaq   - RƏSMİ

Bəs öd kisəsi çıxarılan şəxslər hərbi xidmətə yararlı hesab olunur?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, "Öd kisəsinin cərrahi yolla çıxarılması - xolesistektomiya əməliyyatı" diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar müəyyən qaydalar əsasında qiymətləndirilir.

"Bu qiymətləndirmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə əsaslanır. Sözügedən sənədin "Xəstəliklər cədvəli"nin I qrafasına uyğun olaraq, belə çağırışçılar "Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır" hesab edilirlər".