Evi başına uçurulan qadın danışdı - "Yalan danışırlar, nə 2 milyon?"

"Melissa Group" tikinti şirkətinə daxil olan "FEBA" MTK-nın nümayəndəsi Yasamal rayonunda rəsmi icazəsi olmadan evini başına uçurduqları Həbib Hacıyevə 651 min manat pul təklif etdiklərini, vətəndaşın isə 2 milyon civarında pul tələb etdiyini bildirib.

Mar 28, 2025 - 12:47
Evi başına uçurulan qadın danışdı - "Yalan danışırlar, nə 2 milyon?"

Bəs görəsən, bu iddia həqiqəti əks etdirir?

SAVASHMEDİA.az xəbər verir ki, şirkətin qanunsuz dağıtdığı evin sahibəsi Elarə Hacıyeva məsələ ilə bağlı oxu.az-a açıqlama verib.

O bildirib ki, 2 milyon manat iddiası tamamilə yalandır:

"Ümumiyyətlə, bizimlə danışığa gəlməyiblər. Bilərəkdən, qərəzli şəkildə yalan danışırlar. 651 min manat təklif etmələri də yalandır. Sadəcə, bildiriş məktubu vasitəsilə 173 min manat təklif olunub".