Generaldan öz təyinatına reaksiya - “Böyük şərəfdir”
Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəliyə namizəd seçilmiş general-leytenant Keyt Kelloq işə başlamağı səbirsizliklə gözlədiyini bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Kelloq “X” platformasında yazıb.
Donald Trampın təyinatını böyük şərəf adlandıran general əlavə edib ki, Amerikanın maraqlarını müdafiə edərkən güc vasitəsilə sülhü təmin etmək üçün fədakarlıqla işləməyi planlaşdırır.
Qeyd edək ki, Tramp bu təyinatla bağlı məlumatı “Truth Social” social şəbəkəsində paylaşıb. Onun fikrincə, bu addım Amerikanı və bütün dünyanı yenidən təhlükəsiz edəcək.
“Güc vasitəsilə sülh” bir çox siyasətçilərin dəfələrlə işlətdiyi ümumi ifadədir. Bu ifadəyə ən böyük populyarlığı ABŞ-nin 40-cı prezidenti Ronald Reyqan gətirib. Onun prezidentliyi dövründə bi ifadə ABŞ-nin xarici siyasətinin əsasına çevrildi.
Xatirə SADİQ