"Mən necə prezident oğluyam ki..." - Pezeşkianın açıqlaması aranı qatdı
İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian ölkəsi ilə bağlı xəbərlərin ona xaricdə yaşayan həmvətənlərindən gec çatmasından şikayətlənib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, Yusifin son açıqlaması həm də onun İrandakı idarəçiliklə bağlı yumşaq etirazı kimi qəbul olunub.
Belə ki, ölkəsinin ABŞ ilə atəşkəs razılaşması əldə etməsindən danışan Yusif Pezeşkian gileylənib ki, prezident oğlu olmasına baxmayaraq bundan ən sonda xəbər tutanlar sırasında olub.
"Dünən gecə, lap dəqiqi saat 00-ı keçəndən sonra sosial şəbəkə hesabıma göz atırdım. Gələn mesajlara baxdıqda diqqətimi təzə tanış olduğum və xaricdə yaşayan, eyni zamanda monarxiya tərəfdarı olan həmvətənimdən mesaj gəldiyini gördüm. O, mənə belə yazmışdı: "İki həftəlik atəşkəs elan olundu". Ardınca isə mənə Ağ Evin bəyanatını göndərmişdi. Həmin an çox təəcübləndim və belə düşündüm: Mən necə prezident oğluyam ki, xaricdə yaşayanlar İranla bağlı xəbəri məndən əvvəl öyrənir".
Prezident oğlunun bu açıqlaması ölkəsində birmənalı qarşılanmayıb. Ona haqq qazandıranlarla yanaşı, bu sözləri Yusif Pezeşkiana yaraşdırmadığını bildirənlər də olub.
Oğuz