“Game of Thrones”un ulduzu vəfat etdi – FOTOLAR

Dünyaca məşhur irlandiyalı aktyor Maykl Patrik vəfat edib.

Apr 9, 2026 - 17:33
“Game of Thrones”un ulduzu vəfat etdi – FOTOLAR

SAVASHMEDİA.az xəbər verir ki, aktyora 2023-cü ildə Motor Neyron Xəstəliyi (MND) diaqnozu qoyulub.

Həmin vaxtdan müalicələrə başlayan aktyor ötən gün, 35 yaşında həyatını itirib.

Məlumata görə, M.Patrik xəstəliyinə baxmayaraq, peşəsini davam etdirib. Xüsusilə də teatr oyunlarında istedadı ilə seçilib. Aktyor “Game of Thrones” (Taxt oyunları) serialı ilə məşhurlaşıb.

Xatırladaq ki, Motor Neyron Xəstəliyi beyin və onurğa beynindəki hərəkət sinir hüceyrələrinin (neyronların) tədricən məhvi ilə nəticələnən, əzələ zəifliyi, atrofiya (ərimə) və ifliclə müşahidə olunan ağır, proqressiv (irəliləyən) nevroloji pozuntudur. Hazırda müalicəsi yoxdur.

Banu

Fotolarda: Maykl Patrik