“Pulunuzu Amerikaya yatırın” - Tramp
ABŞ prezidenti Donald Tramp dünya liderlərinə və biznes dünyasına tariflərdən azad olunmanın yolunu göstərib.
SAVASHMEDİA.az xəbər verir ki, Amerika prezidenti bu barədə “TruthSocial”da yazıb.
Onun sözlərinə görə, bir çox dünya və biznes liderləri ona müraciət edərək tariflərdən azad olunmasını xahiş edirlər.
“Görmək xoşdur ki, dünya bizim ciddi kökləndiyimizi bilir. Çünki bu, belədir! Onlar onilliklər boyu davam edən sui-istifadənin vurduğu ziyanı düzəltməlidirlər. Lakin bu, asan olmayacaq. Biz qüdrətli ölkəmizin sərvətini bərpa etməli və əsl qarşılıqlı hərəkət yaratmalıyıq. Amma asan çıxış yolu istəyənlər üçün: Amerikaya gəlin və Amerikada tikin!”, - deyə Tramp vurğulayıb.
Xatirə SADİQ