Pezeşkiandan müharibə ANONSU - "Barmağımız tətikdədir"
İran İsrailin Livana hücumlarını razılaşmanın kobud şəkildə pozulması hesab edir və biz buna səbəb olanları cəzasız qoymayacağıq.
SAVASHMEDİA.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian bildirib.
Pezeşkyan əlavə edib ki, Sionist rejimin (İsrail nəzərdə tutulur - red.) Livana qarşı təcavüzü ilkin atəşkəs razılaşmasına sadiqliyin olmamasının təhlükəli əlamətidir.
"Bu təcavüzün davam etdirilməsi danışıqların perspektivinə olan inamı sarsıdır. Belə olan halda danışıqlar aparmağın da mənası qalmayacaq. Biz Livanlı qardaş və bacılarımızı heç vaxt tərk etməyəcəyik. Barmağımız tətikdədir", - İran prezidenti bildirib.
Xatırladaq ki, ABŞ ilə İran atəşkəsə razılaşdıqdan sonra İsrail Livana zərbələr endirməyə davam ebib və bu, rəsmi Tehranın ciddi etirazlarına səbəb olub. Ağ Ev isə Livan məsələsinin sözügedən atəşkəs razılaşmasının tərkib hissəsi olmadığını bəyan edib.
Oğuz