Tramp İran qarşısında geri çəkildi, Livan daha düşmən deyil - Netanyahu kürəyindən "vuruldu"
İsrailin Baş naziri Benyamin Netanyahu hökumətə Livanla danışıqlara başlamaq göstərişi verib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, İsrailin geri çəkilməsinə səbəb kimi ABŞŞ Prezidenti Donald Trampın müdaxiləsi göstərilir.
Məlumat üçün bildirək ki, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılıq əldə etsələr də, ötən gecədən başlayaraq atəşkəsin öpozulacağı ilə bağlı xəbərlər dolaşır.
İsrail atəşkəs barədə qüvvədə olan qərarın Livana şamil edilmədiyini əsas gətirərək aprelin 8-dən bu ölkəyə zərbələr endirib. Bunun ardınca isə İran parlamentinin sədri Məhəmməd-Bağır Qalibaf bildirib ki, Livanda atəşkəs planın ilk şərti idi və bu şərtə əməl edilmirsə, ölkəsi atəşkəsdən imtina edir.
Görünür, ABŞ Prezidenti Donald Tramp İran tərəfinin bu narahatlığının atəşkəsi poza biləcəyini düşündüyündən İsrailə hücumları dayandırmaq üçün təzyiqlər göstərib. Təzyiq isə nəticəsiz qalmayıb. Hər halda Benyamin Netanyahunun Livanla danışıqlar masasına oturmağa razılaşması bundan xəbər verir.
""Hizbullah"ın tərksilah edilməsi və İsrail ilə Livan arasında sülh münasibətlərinin qurulması danışıqların əsas məsələləri olacaq. İsrail Livanın Baş nazirinin Beyrutda qoşun yerləşdirmək barədə bugünkü çağırışını yüksək qiymətləndirir", - Netanyahu deyib.
Səlcuq