Amerikalılar Maduro və arvadını tutdular - Tramp elan etdi
ABŞ qoşunları Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşını ələ keçiriblər.
SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.
“Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri Prezident Nikolas Maduraya qarşı uğurlu, genişmiqyaslı əməliyyat həyata keçirib. Nikolas Maduro həyat yoldaşı ilə birlikdə ələ keçirilib və ölkədən evakuasiya olunub”, - Tramp qeyd edib.
O əlavə edib ki, əməliyyat ABŞ-ın hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilib. Təfərrüatlar daha sonra açıqlanacaq.
Səlcuq