İmamoğlu səhərə qədər dindiriləcək, məhkəmə önündə gərginlik - Mitinq qadağası uzadıldı
İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun polisdə ifadəsi bitəndən sonra məhkəməyə aparılıb.
Əkrəm İmamoğlu və digər 90 şübhəlinin gətirildiyi məhkəmə binasının ətrafında təhlükəsizıik tədbirləri gücləndirilib.
Etirazçıların məhkəmə binası qarşısına toplaşmaq cəhdləri polis müdaxiləsi ilə müşayiət olunur.
SAVASHMEDİA.az-ın xəbərinə görə, iki istintaq üzrə 30 prokurorun iştiraki ilə başlayan ifadə prosesinin səhər saatlarına qədər davam edəcəyi gözlənilir.
Əkrəm İmamoğlunun Çağlayan Məhkəməsinə gətirilməsindən sonra İstanbul Valiliyi yeni qadağa qərarlarını açıqlayıb.
Belə ki, 19-23 mart tarixləri arasında qüvvədə olan nümayiş və tədbirlərə qadağasının daha 4 gün uzadıldığını açıqlanıb.
Müvafiq olaraq, 23 mart saat 00.01-dən 26 mart 23.59-a qədər İstanbulda hər cür açıq və qapalı toplantılar, nümayiş yürüşləri, mətbuat şərhləri, imza kampaniyaları, çadır qurmaq, afişa və pankart asma fəaliyyətləri tamamilə qadağan edilib.
Oğuz
Hazırda məhkəmənin qarşısı