"Atatürkün partiyası bir ovuc oğrunun əlində alətə çevrilib" - Ərdoğan

"CHP seçicilərinin tələblərini parlamentə daşıyan bir parlament deyil, gözü puldan doymayan bir qrup bələdiyyə soyğunçusunu müdafiə edən bir aparata çevrilib". 

Mar 22, 2025 - 23:25
"Atatürkün partiyası bir ovuc oğrunun əlində alətə çevrilib" - Ərdoğan

SAVASHMEDİA.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim partiya - AKP-nin iftar məclisindəki çıxışında bildirib.

Onun sözlərinə görə, CHP iddialara cavab vermək əvəzində küçə terroru ilə məşğuldur: 

"Müxalifət nə edirsə, etsin. Təmkinliyimizi pozmayacağıq. Bizim bələdiyyələrimiz rüşvət, korrupsiya tərəfdarı olmayacaq, xalqa xidmət edəcəklər. Xalqımız CHP-nin Suriyadakı atəşi ölkəmizə daşımasına imkan vermədi. Təxribatçılar 4 gündür ki, millətimizin rahatlığını pozmaqla məşğuldur. Polislərə, müstəntiqlərə hücum edirlər. Küçə terroru ilə milli iradəyə təzyiq göstərirlər. Buradan CHP başqanına səslənirəm; nədən qorxursunuz? Niyə cavab vermirsiniz? Bir ovuc oğrunun əlində alətə çevrilən CHP-nin durumu Atatürkün partiyasının tərəfdarlarını üzür".