"Tramp qolf oynamağa dəvət etdi, getdim" - Keynin etirafı başına bəla oldu
Futbol üzrə İngiltərə millisinin kapitanı Harri Keynin ABŞ prezidenti Donald Trampla bu yaxınlarda qolf oynadığını etiraf etməsi müzakuirələrə səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, Keyn dünya çempionatının 1/4 finalı öncəsi keçirilən mətbuat konfransında təxminən 18 ay əvvəl Floridada Trampla qolf oynadığını təsdiqləyib.
O, bunu "qeyri-adi təcrübə" adlandırıb və Trampın yaxşı qolf oynadığını bildirib.
Açıqlamanın etiraz doğurmasının səbəbi isə Keynin kimləsə qolf oynaması deyil. Tənqidlər dünyanın tanınmış futbolçusunun beynəlxalq siyasətin ən mübahisəli fiqurlarından olan Donald Trampla bu qədər yaxın münasibətlər nümayiş etdirməsinə yönəlib.
Harri Keyn də görüşün heç bir siyasi məqsəd daşımadığını vurğulayıb: "Prezident səni dəvət edəndə bu, qeyri-adi təcrübə olur. Dəvəti qəbul etdim və maraqlı gün keçirdim. Məncə məsələni böyütməyə ehtiyac yoxdur".
Səlcuq