"İrandakı qızlar məktəbini kimin vurduğunu heç vaxt bilməyəcəksiniz" - Tramp
ABŞ Prezidenti Donald Tramp İranın Minab şəhərindəki qızlar məktəbinə endirilən raket zərbəsi ilə bağlı aparılan istintaqın nəticələrinin heç vaxt açıqlanmaya biləcəyinə eyham vurub.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp bu barədə Fox News telekanalına müsahibəsində danışıb.
ABŞ lideri hadisənin ilk günlərində bölgədə çoxsaylı raket zərbələrinin endirildiyini xatırladaraq, hücumun dəqiq kim tərəfindən həyata keçirildiyini müəyyən etməyin çətin olduğunu deyib.
O, ABŞ-nin məsuliyyət daşıdığına dair heç bir sübutun olmadığını vurğulayıb.
Qeyd edək ki, fevralın 28-də İranın Minab şəhərindəki qızlar məktəbinə endirilən zərbə nəticəsində İran tərəfinin məlumatına görə, 175-dən çox şagird və müəllim həlak olub. Hadisə ilə bağlı Pentaqonun araşdırması davam edir, ABŞ Senatında bir qrup demokrat isə istintaqın nəticələrinin ictimaiyyətə açıqlanmasını tələb edib.
Oğuz