"Bu ölkələrə hücum etməyəcəyik, amma..." - Lavrov
“Rusiyanın Avropa ölkələri ilə müharibə etmək niyyəti yoxdur, amma Avropa hərbi kontingentləri Ukraynada yerləşdirilərsə, Rusiya buna cavab verəcək”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Prezident Vladimir Putinin vurğuladığı kimi, Avropa ilə müharibə etmək niyyətimiz yoxdur. Amma istənilən düşməncə addımlara, o cümlədən Ukraynada Avropa hərbi kontingentinin yerləşdirilməsi və Rusiya aktivlərinin müsadirə edilməsinə cavab verəcəyik. Artıq bu cavaba hazırıq”, - nazir qeyd edib.
Aytən