İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin binasında su gəlmir? - CƏZA TƏLƏBİ 

"2018-ci ilin aprel ayında, Nazirlər Kabinetinin iclasında dedilər ki, Bakı şəhərinin 80%-i sutkada 24 saat su ilə təmin edilib, yaxın 2-3 ildə bu rəqəm 100% olacaq".

Jul 24, 2025 - 14:49
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin binasında su gəlmir? - CƏZA TƏLƏBİ 

SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri iqtisadçı epsert Natiq Cədfərli özünün sosial şəbəkə hesabında yazıb.

"2025-ci il, iyul ayı, bu bəyanatdan 7 il keçib, mətbuatda və sosial şəbəkələrdə yayılan məlumlara görə, Bakının bəzi rayonlarında və ətraf qəsəbələrdə günlərlə su gəlmir, ən yaxşı halda sutkada 2 saat su təminatı olur.  O zamankı adı ilə "Azərsu"-ya tapşırıq verilmişdi ki, Bakının su təminatı 100%-ə çatsın, onlar da gedib özlərinə 250 mln. manata yeni bina tikdilər. Özü də, binaya heç köçə bilmirlər, yəqin binada su gəlmir, yoxsa köçərdilər" - Natiq Cəfərli bildirib.

Fotoda Natiq Cəfərli

Sonda ekspert tapşırıqları, qərarları yerinə yetirməyən məmurların cəzalandırılmasını tələb edib:"İndi Bakıda 38-39 dərəcə isti olur, bu istidə camaat susuz nə etsin bəs?!"

Xatırladaq ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Prezident İlham Əliyevin 17 noyabr 2023-cü ildə imzaladığı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərmana əsasən, ləğv olunmuş "Azərsu" ASC-nin bazasında yaradılıb.

Yağmur