"Ali Rəhbərlə aramda ixtilaf görüntüsü yaradırlar" - Pezeşkian

"İstefa verməyəcəyəm, vəzifəmdə qalacağam".

Aug 4, 2026 - 10:47
Aug 4, 2026 - 14:35
"Ali Rəhbərlə aramda ixtilaf görüntüsü yaradırlar" - Pezeşkian

SAVASHMEDİA.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

Onun dövlət televiziyasına geniş müsahibəsinin ilk tizeri yayılıb. Qısa videoda M.Pezeşkian heç bir halda istefa verməyəcəyini bildirib: 

"Əgər elə bir niyyətim olarsa, bunu açıq bəyan edəcəyəm. Bəziləri bu şayiələri yaymaqla mənimlə Ali Rəhbər arasında ixtilaf olduğuna dair təəssürat yaratmaq istəyirlər. Guya mən bir şeyi deyir, o isə başqa rəydədir".

Aytən