Prezidentdən yeni icra başçıları təyinatı - SƏRƏNCAM

Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Aug 4, 2026 - 14:46
Prezidentdən yeni icra başçıları təyinatı - SƏRƏNCAM

SAVASHMEDİA.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Ölkə başçısının digər Sərəncamı ilə Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bundan başqa, Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Digər sərəncamla onun yerinə Nurlan Rauf oğlu Hacıyev icra başçısı təyin edilib.

Nurlan Hacıyev bundan öncə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə aparat rəhbəri olub.