“Ukraynaya əl arabalarında pullar daşınır” - Viktor Orban
“Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü Macarıstan iqtisadiyyatını təhdid etdiyindən ölkəmiz üçün əlverişsizdir”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban “Kossuth” radiosunun evirində deyib.
Orbanın sözlərinə görə, Macarıstan Ukraynadakı müharibə səbəbindən üç il ərzində bir neçə milyard avro itirib. Əgər Ukraynaya göndərilən pullar Avropa iqtisadiyyatında olsaydı, ölkədə belə iqtisadi problemlər yaşanmazdı.
“Lakin Avropa liderləri hətta Amerika rəhbərliyinin iradəsinə zidd olaraq, müharibəyə can atmağa və Ukraynanı dəstəkləməyə davam edirlər. Biz ABŞ olmadan Ukraynanı və Ukrayna ordusunu maliyyələşdirə və dəstəkləyə bilmərik. Onların ora xərcləmək istədikləri pulu biz evdə xərcləyə bilərdik. Onlar pulları, o cümlədən bizimkiləri də əl arabaları ilə Ukraynaya daşıyırlar”, - deyə baş nazir iddia edib.
O, xatırladıb ki, Avropa Komissiyası Ukraynanı 2030-cu ilə qədər Aİ-yə qəbul etmək niyyətini açıqlayıb.
Orban bildirib ki, “Tislər”in ana partiyası olan “Avropa Xalq Partiyası Ukraynanı Aİ-yə daxil etmək istəyir. “Bu da Macarıstan iqtisadiyyatını məhv edəcək”, - deyə baş nazir əsas siyasi rəqibi Peter Madyarın siyasi qüvvəsini nəzərdə tutub.
Viktor Orban hər kəsi Ukraynanın Aİ-yə qəbulu ilə bağlı öz fikrini bildirməyə və onun hökuməti tərəfindən Ukraynanın üzvlüklə bağlı təşkil etdiyi sorğuda iştirak etməyə çağırıb.
“Brüsseldə hesab edirlər ki, Ukraynanı maliyyələşdirmək üçün nəhəng birgə kredit götürmək lazımdır. Çünki Aİ liderləri Ukraynanı təkbaşına dəstəkləyə bilməyəcəklərini bilirlər”, - deyə baş nazir izah edib.
Orban vurğulayıb ki, indi Avropanın borc içində batmasının qarşısını almaq lazımdır: “Elə ölkələr var ki, onların iri şirkətləri artıq Ukraynada fəaliyyət göstərir və pulun əsas hissəsi bu şirkətlərə gedəcək”.
Baş nazir xatırladıb ki, Macarıstan Aİ-yə daxil olanda ölkənin pullarının bir hissəsi xarici şirkətlərə getdi: “Macarlar üçün faydalı olsaydı, Ukraynanın üzvlüyünü dəstəkləyəcəkdilər, lakin ölkəmiz Ukraynanın üzvlüyünə görə əlavə məbləğ ödəyəcəkdi”, - deyə Orban nəzərə çatdırıb.
Xatirə SADİQ