Cabir İmanovun ölümünün şahidi danışdı - "Zala girən kimi..."

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov bu gün vəfat edib. 

Sep 29, 2025 - 16:06
Cabir İmanovun ölümünün şahidi danışdı - "Zala girən kimi..."

SAVASHMEDİA.az xəbər verir ki, jurnalist Elvin Elxan sosial şəbəkədə bu barədə paylaşım edib.

O, bildirib ki, Cabir İmanov məşq prosesində vəfat etməyib.

Həmin paylaşımı təqdim edirik:

"Gözəl insan Cabir İmanov məşq prosesində vəfat etməyib. Zala daxil oldu, bir neçə dəqiqə sonra oturdu və yıxıldı. 

Həyatımın ən böyük travmasını aldım. İlk dəfə birinin ölümünün şahidi oldum. O adam ki, ən gözəl məşq yoldaşı idi. 

Allah rəhmət eləsin!"