Rusiya ordusunun bəzi hissələri ukraynalıların mühasirəsinə düşdü - Sırski
Ukrayna müdafiə qüvvələri Donetsk vilayətinin Dobropolya istiqamətində irəliləməyə cəhd edən Rusiya ordusunun bəzi hissələrinin mühasirəyə alıb.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski ordunun “Facebook” səhifəsində açıqlayıb.
“Qoşunlarımızın dəqiq planlaşdırılmış və cəsarətli hərəkətləri sayəsində düşmən bölmələrinin bir hissəsi mühasirəyə alınıb. İşğalçıların Dobropolya istiqamətində ümumi itkiləri 3185 nəfər təşkil edir. Onlardan 1769-u bir daha geri qayıtmayacaq.
İşğalçılar həmçinin 969 ədəd silah və hərbi texnika itiriblər”, - deyə Sırski vurğulayıb.
Ali Baş Komandanın sözlərinə görə, əks-hücum əməliyyatı zamanı (müddət hesabatda göstərilməyib – red.) azad edilmiş ərazinin sahəsi hazırda təxminən 175 kvadrat kilometr təşkil edir. Bundan əlavə, demək olar ki, daha 195 kvadrat kilometr ərazi təxribat qruplarından təmizlənib.
Sırski bildirib ki, cəbhədəki komandirlərin hesabatlarını nəzərə alaraq, məqsədləri müəyyənləşdirib və düşmənə xüsusilə uzaq məsafələrdə atəşin effektivliyini artırmaq üçün lazımi göstərişlər verib.
Xarkov vilayətinin Kupyansk şəhəri giriş üçün tamamilə bağlanıb. Bu şəhərə yalnız hərbçilərin daxil olmasına icazə verilir və əks-təxribat əməliyyatları davam edir.
Xatirə SADİQ