Bu köçkünlərə aylıq müavinət verilməyəcək - Əgər il ərzində 182 gün...

Valideynlərindən birinin məcburi köçkün statusu olmayan şəxslərə vahid aylıq müavinətin verilməməsinin səbəbi açıqlanıb.

Aug 6, 2026 - 13:07
Bu köçkünlərə aylıq müavinət verilməyəcək - Əgər il ərzində 182 gün...

SAVASHMEDİA.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bildirib ki, bu məsələ Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalarla tənzimlənir.

Qaydalara əsasən, valideynlərdən biri məcburi köçkün statusuna malik deyilsə, həmin şəxslərə vahid aylıq müavinət təyin edilmir. Komitə bunu sosial ədalət və ünvanlılıq prinsipi ilə əsaslandırıb.

Bildirilib ki, dövlət informasiya bazalarının inteqrasiyası nəticəsində qanunvericiliyin tələblərinə uyğun olmayan ödənişlər avtomatik aşkarlanaraq dayandırılır. 

Eyni zamanda, adına daşınmaz əmlak rəsmiləşdirilən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, statusu dəyişən və ya il ərzində 182 gündən çox xaricdə yaşayan şəxslərə də müavinət ödənilmir.

Aytən