Trampdan Azərbaycan əleyhinə inanılmaz bəyanat
ABŞ-nin sabiq prezidenti və Respublikaçılar partiyasının hazırkı prezidentliyə namizədi Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində ermənilərlə bağlı paylaşım edib.
SAVASHMEDİA.az xəbər verir ki, sabiq dövlət başçısı rəqibi Kamala Harrisi "Artsax"da törədilən "vəhşiliyə" səssiz qalmaqda günahlandırıb.
Tramp 120 min erməninin Qarabağdan guya zorla köçürülməsinə dair qərəzli mövqe sərgiləyib.
O, baş verənləri təhrif etməkdən çəkinməyərək bunları yazıb:
"120 min xristian ermənisi vəhşicəsinə təqdib ediləndə və Artsaxdan zorla köçürüləndə Kamala Harris heç nə etməyib. Harris ABŞ-nin prezidenti olarsa, dünyadakı xristianlar təhlükəsiz olmayacaqlar. Dövlət başçısı olanda xristinaları qoruyacağam, zorakılığın və etnik təmizləmənin dayandırılmasına çalışacağam. Biz Ermənistanla Azərbaycan arasında sülhü bərpa edəcəyik".
Xatırladaq ki, ABŞ-dəki prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
Yağmur