“Məndən heç nə gözləməyin, uşaqpulunun əleyhinəyəm" - Erkin Qədirli + VİDEO
Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı, Respublikaçı Alternativ Partiyasının (ReAl) Siyasi Komitəsinin üzvü Erkin Qədirli musavat.tv-nin qonağı olub.
SAVASHMEDİA.az xəbər verir ki, deputat uşaqpulu ilə bağlı məsələyə aydınlıq gətirib.
O bildirib ki, sosial xərclərin artırılması, uşaqpulunun verilməsi kimi məsələlərin ünvanı Milli Məclis deyil, Prezidentdir:
“Qarışıq sistemli respublika var, Fransada olduğu kimi. Prezident dövlət başçısıdır. Kəşfiyyat, əks-kəşfiyyat, xarici siyasət, polis, ordu ancaq prezidentə tabedir. Sosial, iqtisadi məsələlər Nazirlər Şurasına, yəni hökumətə aiddir. Hökumət parlament seçkilərinin nəticəsində formalaşır. Bizdə isə belə deyil. Prezident respublikasıdır. Bir palatalı parlamentdir. Konstitusial baxımdan çox zəifdir. Çünki prezident respublikası iki palatalı olmalıdır. Konstitusiyaya görə Milli Məclisin səlahiyyətləri məhduddur. Prezidentin səlahiyyətləri qeyri-məhduddur. Qanunvericilik və məhkəmə hakimiyyəti olmayan digər səlahiyyətlər birbaşa prezidentə məxsusdur. Mən anlayıram, ola bilər ki, kimsə istəyir sosial xərclərin artırılmasını, bu, onun haqqıdır. Hüquqi haqqı olmasa da, mənəvi haqqıdır. Hüquqi haqqı o vaxt ola bilər ki, seçkilərdə ona o vədi verən partiya hökumətə gəlsin və o da o partiyadan bunu tələb etsin. Bizim Konstitusiya sistemimizə görə tələbin ünvanı yanlışdır. Bu tələb Milli Məclisə yox, Prezidentə ünvanlanmalıdır”.
Millət vəkili “Bəs vaxtilə Azərbaycanda uşaqpulu verilib axı” sualına isə “Uşaqpulunu kim kəsib? Milli Məclis kəsməyib. Kim kəsibsə, ondan soruşun” cavabını verib.
E.Qədirli uşaqpulunun verilməsi ilə bağlı Milli Məclisin təşəbbüs göstərib-göstərməyəcəyinə də aydınlıq gətirib:
“Məndən gözləməyin, çünki mən solçu deyiləm. Mən ideoloji baxımdan dövlət hesabına sosial xərclərin artırılmasının tərəfdarı deyiləm. Uşaqpulunun verilməsi demoqrafik problemləri həll etmir. Məsələn, ən çox uşaqpulunu verən Skandinav ölkələridir. Onların demoqrafiyasında da problem var. Azala-azala gedirlər. Yaşlıların sayı artır, doğuş azalır. Əlaqə də yoxdur ki, uşaqpulu verilsə doğuş artacaq, yaxud kəsilsə, doğuş azalacaq. Azərbaycan kimi cəmiyyətlərdə bu ola da bilər, olmaya da bilər. Bunlar arasında səbəb-nəticə əlaqəsi yoxdur”.
Banu
Посмотреть эту публикацию в Instagram