"Biz təklifi ona görə qəbul etmədik ki..." - Eqoyan "Tramp körpüsü"ndən danışdı 

Ermənistan ABŞ-nin Sünikdən (Zəngəzur dəhlizinin bir hissəsi) 42 km-lik yolu icarəyə götürmək təklifini qəbul etməyib. 

Jul 25, 2025 - 00:01
"Biz təklifi ona görə qəbul etmədik ki..." - Eqoyan "Tramp körpüsü"ndən danışdı 

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının Avropaya inteqrasiya komitəsinin hakim “Mülki müqavilə” fraksiyasından olan rəhbəri Arman Eqoyan deyib.

"Biz riski funksiyaların həyata keçirilməsində deyil, icarənin özündə gördük. Bu, suverenlik məsələlərində güzəştlərə səbəb ola bilər. Ona görə də bu variant bizim üçün qəbuledilməz idi", - Eqoyan bildirib.

Onun sözlərinə görə, Ermənistan hökuməti suverenlik, yurisdiksiya, qarşılıqlılıq və ərazi bütövlüyü prinsiplərinə əməl olunması çərçivəsində regionda kommunikasiyaların işlənməsi məsələsinə baxmağa razıdır.

Xatırladaq ki, ötən gün  İspaniyanın “Periodista Digital” nəşri Ermənistan, Azərbaycan və ABŞ arasında “gizli memorandum”a istinad edərək iddia edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Sünik rayonundan (Qərbi Zəngəzur) və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirəcək 42 kilometr uzunluğunda “Tramp körpüsü” nəqliyyat dəhlizinin yaradılmasına razılıq verib. 

Nəşr iddia edib ki, Nəqliyyat dəhlizi özəl Amerika şirkəti tərəfindən idarə olunmalıdır.

Oğuz