O görüntünü Pezeşkiana zorla çəkdiriblər? - Yanındakı oyuncaq nə deməkdir? + VİDEO

İran Prezidenti Məsud Pezeşkian Novruz bayramı münasibətilə İran xalqını təbrik edib.

Mar 22, 2026 - 13:19
O görüntünü Pezeşkiana zorla çəkdiriblər? - Yanındakı oyuncaq nə deməkdir? + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, Pezeşkian çıxışında İranın nüvə silahı tətbiq etmək və qonşu ölkələrə zərbə endirmək niyyətinin olmadığını bildirib. Çıxışın videosunu İranın dövlət resursları yayıb.

İran prezidentinin təbrik çıxışında səsləndirdiyi fikirlərdən çox olduğu bunker diqqəti cəlb edib. Videoda Pezeşkianın dar, dağınıq, divarlarına adi örtüklərin asıldığı, sanki tələsik hazırlanmış zirzəmidə kresloda oturaraq danışdığı görünür. Səs və görüntü keyfiyyəti çox aşağıdır. 

Bunun təhlükəsizlik məqsədilə yüksək səviyyəli texnologiyanın istifadəsindən ehtiyatlanma, yoxsa prezidentə göstərilməyən lazımı etimadın ifadəsi olduğu bilinməsə də, Pezeşkianın danışıq tərzindən, yorğun səsindən və qəmgin üz ifadəsindən məyusluğu aydın görünür.  Ümidsizlik sanki onun bütün varlığına çöküb. Buna baxmayaraq, Pezeşkian yenə də sülhlə bağlı mesajlar verir. İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) fərqli olaraq qonşu ölkələrlə hələ də dost olduqlarını çatdırmağa çalışır.

Diqqət çəkən başqa bir məqam isə Pezeşkianın dar və ümidsizlik yağan bunkerində qoyulmuş oyuncaqdır. Bəzilərinə görə, oyuncaq Pezeşkianın sülh mesajlarının isbatıdır, doğruluğu, düzgünlüyü təmsil edir. Bəzilərinə görə isə bu oyuncaq SEPAH-ın son zamanlarda aralarında yaranan gərginlik səbəbindən Pezeşkianı alçaltmaq istəyidir. Yaratdığı gücsüz, miskin Pezeşkian obrazıdır. 

Oyuncaq mesajı ilə dünyaya Pezeşkianın heç kim olduğunu, İran prezidentini əllərində oyuncağa çevirdiklərini çatdırmaq istəyir... 

Xatırladaq ki, son zamanlar Məsud Pezeşkianla SEPAH arasında gərginliyin olduğu iddia edilir. Buna səbəb kimi isə Pezeşkianın Əli Laricani və digər İran rəsmilərinin ölümündə SEPAH-ı günahlandırması və istefa vermək niyyətini açıqca ifadə etməsi göstərilir.

Banu