İmamoğlu Ərdoğanın rəqibini AÇIQLADI - CHP-də planlar dəyişir

“Əkrəm İmamoğlu özü ola bilməyəcəyi təqdirdə, Ankara Böyükşəhər Bələdiyyəsinin (ABB) sədri Mansur Yavaşın prezidentliyə namizəd olmasını istəyir”.

Apr 21, 2026 - 20:03
Apr 21, 2026 - 20:07
İmamoğlu Ərdoğanın rəqibini AÇIQLADI - CHP-də planlar dəyişir

SAVASHMEDİA.az xəbər verir ki, bunu jurnalistlər Can Özçelik və Fatih Atik deyib.

Onlar bildiriblər ki, Ə.İmamoğlu Mansur Yavaşın namizədliyini dəstəklədiyini həm CHP rəhbərliyi ilə, həm də digər partiya üzvləri ilə həbsxana görüşlərində diqqətə çatdırıb.

“Mən Özgür Özelə də demişəm. Mən ola bilməsəm, CHP-nin prezidentliyə namizədi Mansur Yavaş olmalıdır. Mən Mansur Yavaşın namizəd olmasını istəyirəm və onu dəstəkləyirəm” – İmamoğlu qeyd edib.

Fotoda Mansur Yavaş

Son zamanlar Ə.İmamoğlunun seçkilərdən kənarda qalacağı təqdirdə Özgür Özelin namizəd ola biləcəyi ilə bağlı məlumatlar yayılıb. Lakin Ə.İmamoğlunun Ö.Özelin namizədliyinə isti baxmadığı, elə buna görə də dəfələrlə M.Yavaşın namizədliyini dəstəklədiyini dilə gətirdiyi iddia olunur.

Xatırladaq ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri, CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlu 2025-ci il martın 19-da İstanbul prokurorluğunun CHP bələdiyyələrinə qarşı başlatdığı genişmiqyaslı korrupsiya əleyhinə əməliyyat çərçivəsində saxlanılıb. Həmin ilin 23 martında isə həbs edilərək Silivri həbsxanasına göndərilib.

Vəsilə İBRAHİM