"Dinləmirlər, eşitmirlər..." - Hökumətdən ŞİKAYƏTLƏNDİ

Belə bir yanaşma var ki, ən yaxın yol – tanıdığın yoldur. 

Apr 21, 2026 - 19:13
"Dinləmirlər, eşitmirlər..." - Hökumətdən ŞİKAYƏTLƏNDİ

Deyəsən, bizim hökumət də bu deyimi hərfi mənada başa düşür, iqtisadi problemlərin həlli tanıdıqları -bildikləri yolda görürlər, vergi-rüsum-cərimə artırılması yolunu yaxşı bilirlər deyə, düşünürlər ki, bu addımlar iqtisadiyyatda, büdcədə olan problemləri həll edəcək. 

Əslində, azı bir neçə ildir ki, hökumətin hədəfinin yanlış olduğunu rəqəmlərlə sübut edirdik – deyirdik ki, büdcə gəlirlərinin azalması nəticədir, səbəb iqtisadi daralma və iqtisadi aktivliyin kəskin düşməsidir. 

İş adamlarına və vətəndaşlara maliyyə yükünü artırmaq sonda büdcəni doldurmayacaq, əks-effektlə iqtisadiyyatı daraldacaq ki, bu da sonda büdcə gəlirlərini daha da azaldacaq. 

Dinləmirlər, eşitmirlər, bu ilin yanvar ayından vergi-rüsum-cərimələrin artmasına baxmayaraq, Azərbaycanda ÜDM 0,3% azalıb, iqtisadiyyatımız daralıb. 

ÜDM göstəricilərinə görə Azərbaycan MDB ölkələri arasında, elə dünyada da sonuncu yerlərdən birini tutur...

Natiq Cəfərli 
SAVASHMEDİA.az