"Kristal"dan ev almaq istəyənlər niyə 100 ölçüb, 1 biçməlidir? - Alıcıların əsas şikayətləri
Azərbaycanın iri tikinti şirkətlərindən olan və 2003-cü ildən fəaliyyət göstərən "Kristal" (əvvəlki adı "Kristal Abşeron") şirkəti ölkənin inhisarçı mövqeyə malik mənzil satıcılarındandır.
SAVASHMEDİA.az xəbər verir ki, şirkət Bakı, Sumqayıt, Xırdalan və digər ərazilərdə onlarla yaşayış kompleksi inşa edib.
2025-ci ildə rebrendinq edərək fəaliyyətini "Kristal" adı altında davam etdirən şirkətin rəsmi məlumatına görə, bu günədək 17 layihə istifadəyə verilib, 10 layihənin isə tikintisi davam edir.
Rəqabətsiz mənzil tikintisini qazanclı biznesə çevirən"Kristal"dan isə narazılıq kifayət qədərdir. Son illərdə şirkətin fəaliyyəti ilə bağlı çoxsaylı şikayətlər eşidilməkdədir. Şikayətlər əsasən mənzil sahəsinin hesablanması, təmir keyfiyyəti, tikinti materialları, təhvil prosesinin gecikməsi və sonradan ortaya çıxan qüsurlarla bağlıdır.
Yüksək satış qiymətləri, uzunmüddətli ödəniş zamanı mənzilin yekun dəyərinin xeyli artması, reklamlarda göstərilən şərtlərlə satış ofislərində təqdim olunan təkliflər arasında fərqlər, binaların gec təhvil verilməsi də alıcıların ən çox rastlaşdığı neqativ hallardandır.
"Kristal"ın ofislərində olanlar bildirirlər ki, bu şirkət alıcıları reklamları vasitəsilə aldadır. Onların iddiasına görə, reklamda başqa bir şey deyirlər, ofisə gedəndə tamamilə fərqli mənzərə ilə qarşılaşırsan.
Xatırladaq ki, şirkətin faktiki sahibinin Milli Məclisin deputatı Ağalar Vəliyev olduğu bildirilir.
Oğuz