Xamenei "İsrailə ölüm" şüarları altında dəfn olundu - Mərasim niyə gecikdi? + VİDEO
İranın sabiq Ali Rəhbəri Əli Xamenei bu gün doğulduğu Məşhəd şəhərində yerləşən İmam Rza ziyarətgahında dəfn olunub.
SAVASHMEDİA.az xəbər verir ki, bununla da bir həftəyə yaxın davam edən rəsmi vida və dəfn mərasimləri başa çatıb.
Əvvəlcədən açıqlanan proqramdan fərqli olaraq, dəfn mərasimi bir qədər gec baş tutub.
Buna səbəb Xameneinin cənazəsinin İraqa aparılması və Nəcəf ilə Kərbəla şəhərlərində geniş vida mərasimlərinin keçirilməsi olub. Cənazə İrandan xüsusi təyyarə ilə Nəcəfə çatdırılıb, burada minlərlə insanın iştirakı ilə yürüş təşkil edilib. Daha sonra Kərbəlaya aparılan cənazə yenidən İrana qaytarılıb və yalnız bundan sonra Məşhədə yola salınıb.
Dəfn mərasimi İmam Rza ziyarətgahında çoxsaylı dövlət rəsmilərinin, din xadimlərinin və yüz minlərlə insanın iştirakı ilə keçirilib. İran hakimiyyəti mərasimi ölkənin birlik və həmrəyliyinin nümayişi kimi qiymətləndirib.
Mərasimlər zamanı ABŞ və İsrail əleyhinə şüarlar səsləndirilib, iştirakçılar Xameneinin ölümünə görə qisas çağırışları ediblər. Xameneinin varisi elan olunan oğlu Müctəba Xamenei isə aldığı ağır xəsarətlər səbəbindən hələ də ictimaiyyət qarşısına çıxmayıb.
Oğuz