Oktyabr ayının pensiyaları nə vaxt ÖDƏNİLƏCƏK? - Bakı və rayonlar üzrə TARİXLƏR
Oktyabr ayı üzrə pensiyaların ödəniləcəyi tarixlər açıqlanıb.
SAVASHMEDİA.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə oktyabr pensiyalarının 14 oktyabrda ödənilməsi nəzərdə tutulub.
Rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının isə 20 oktyabrdan ödənilməsi planlaşdırılır. Güzəştli şərtlərlə pensiya alan şəxslərin ödənişləri də qrafik üzrə həyata keçiriləcək.
Bundan başqa, ünvanlı dövlət sosial yardımı və təqaüdlərin 23 oktyabrdan gec olmayaraq ödənilməsi nəzərdə tutulub.
Aytən