Öz iqamətgahında Makronu ŞOK EDƏN OLAY – Bir neçə saniyə ara ilə… + VİDEO

Fransa Prezidenti Emmanuel Makronun Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşü zamanı maraqlı hadisə baş verib. 

Nov 12, 2026 - 16:45
Öz iqamətgahında Makronu ŞOK EDƏN OLAY – Bir neçə saniyə ara ilə… + VİDEO

Yelisey sarayında keçirilən rəsmi qarşılama mərasimində iki hərbçi qısa fasilə ilə yerə yıxılıb.

SAVASHMEDİA.az xəbər verir ki, hadisə noyabrın 11-də Parisdə baş verib.

Yayılmış görüntülərdə hərbçilərdən birinin əvvəlcə müvazinətini itirdiyi, sonra isə əlindəki qılıncı aşağı salaraq arxaya doğru yıxıldığı görünüb.

Hadisəni görən Makron əvvəlcə donub qalıb, sonra isə hərbçiyə yaxınlaşaraq kömək etməyə çalışıb. Saray əməkdaşları hərbçini götürərək ərazidən uzaqlaşıblar. Bir qədər sonra ikinci hərbçi də yerə yıxılıb. Onun yıxıldığı an görünməsə də, qılıncının yerə düşmə səsi eşidilib. Makron bu dəfə də eyni reaksiyanı verib. Lakin özünü toplayaraq Peleqrini ilə görüşüb. Daha sonra hər iki lider yerə yıxılan əsgərə yaxınlaşaraq necə olduğu ilə maraqlanıblar.

Hərbçilərin hansı səbəbdən yerə yıxıldığı barədə rəsmi məlumat verilməyib. Lakin onların ağır iş rejiminə bağlı yorğunluq və ya səhhətlərindəki problem səbəbindən yerə yıxıldıqları ehtimal edilir.

Qeyd edək ki, bu, Yelisey sarayında yaşanan ilk belə hadisə deyil. Belə ki, 2023-cü il iyunun 9-da Emmanuel Makron Madaqaskar Prezidenti Andri Racuelinanı qarşılayan zaman da hərbçilərdən biri özünü pis hiss edərək yerə yıxılmışdı.

Banu 

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)