Mahir Emreli onunla yazışmasının FOTOSUNU PAYLAŞDI - "Az qalıb, gəlirəm"
Azərbaycan millisinin futbolçusu Mahir Emreli yığmaya yeni dəvət alan Murad Məmmədovun illər əvvəl ona yazdığı mesajları ictimailəşdirib.
SAVASHMEDİA.az xəbər verir ki, Emreli sosial şəbəkə hesabında hazırda Kiprin “Pafos” klubunda çıxış edən Məmmədovla 2019-cu ildəki yazışmasını paylaşıb.
Həmin vaxt cəmi 13 yaşı olan Murad gələcəkdə Azərbaycan millisinin formasını geyinmək arzusunda olduğunu bildirib. O, Mahir Emreliyə belə yazıb:
Fotoda Murad Məmmədov və Mahir Emreli
“Salam Emreli. Sən qol vurub anana ürək göstərdin. Mən də qol vurub anama ürək göstərəcəyəm, inşallah. Az qalıb, gəlirəm milliyə”.
Gənc futbolçu Emreli ilə eyni komandada oynamaq istəyini də gizlətməyib:
“İnşallah, heyətdə də bir yerdə oynayıb udarıq”.
Mahir Emreli köhnə yazışmanı “2019-cu ildə bunu mənə yazmısan” qeydi ilə paylaşıb.
Aradan keçən illər ərzində Murad Məmmədov arzusuna çataraq Azərbaycan millisinin heyətinə dəvət alıb. İndi o, vaxtilə mesaj yazdığı Mahir Emreli ilə eyni yığmada çıxış edəcək.
Azərbaycan millisini qarşıdakı günlərdə Lixtenşteyn və Andorra ilə oyunlar gözləyir. Emreli hazırda millinin düşərgəsində olan Murad Məmmədovla çəkdirdiyi fotosunu da izləyiciləri ilə bölüşüb.
Oğuz