İlham Əliyev Dublində Zelenski ilə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə Dublində görüşüb.

Nov 12, 2026 - 15:27
İlham Əliyev Dublində Zelenski ilə görüşdü

SAVASHMEDİA.az xəbər verir ki, noyabrın 12-də keçirilən görüşdə Zelenski İlham Əliyevi Zəfər Günü və Konstitusiya Günü münasibətilə təbrik edib.

Tərəflər Azərbaycan-Ukrayna iqtisadi-ticari əlaqələrinin, o cümlədən özəl sektor arasında əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Qarşılıqlı nümayəndə heyətlərinin səfərləri barədə də fikir mübadiləsi aparılıb.

Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardıma, xüsusilə elektrik avadanlıqlarının təchizatına görə təşəkkür edib.

Görüşdə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı bərpa-quruculuq işləri də müzakirə olunub. Ukrayna tərəfi bu sahədə Azərbaycanın təcrübəsinə maraq göstərib.

Prezidentlər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Aytən