"Heç nəyi Nobel mükafatı almaq üçün etməmişdim" - Donald Tramp
ABŞ Prezidenti Donald Tramp bu il Nobel Sülh Mükafatının ona verilməməsinə növbəti dəfə münasibət bildirib.
SAVASHMEDİA.az Ağ Evin yaydığı məlumata istinadən xəbər verir ki, bu, onun prezident təyyarəsində jurnalistlərlə ünsiyyəti zamanı baş verib.
Onilliklər boyu davam edən bir sıra müharibələrin sona çatmasında iştirak etdiyini bir daha xatırladan ABŞ prezidenti bunu mükafat almaq üçün etmədiyini vurğulayıb.
Builki mükafat haqqında danışarkən o, qeyd edib ki, Nobel Komitəsi keçən il qazandıqları nailiyyətlərə görə həmin laureatları seçib. “Ədalətli olmaq naminə, bu, 2024-cü ilə aid idi. Ancaq 2025-ci ildə çox şey baş verdiyi üçün istisna edilə biləcəyini söyləyənlər də var. Çox iş görüldü, tamamlandı və əla. Amma mən bunu Nobel naminə etməmişəm. Mən bunu insanların həyatını xilas etmək üçün etdim. Biz milyonlarla insanın həyatını xilas etdik”, - Tramp əlavə edib.
Xatirə SADİQ