İranın Trampa göndərdiyi 10 bəndlik SÜLH ŞƏRTİ - SİYAHI

ABŞ Prezidenti Donald Tramp bu gün İranın iki həftəlik atəşkəsi qəbul etdiyini açıqlayıb.

Apr 8, 2026 - 12:54
İranın Trampa göndərdiyi 10 bəndlik SÜLH ŞƏRTİ - SİYAHI

SAVASHMEDİA.az xəbər verir ki, D.Tramp Tehrandan təkliflər aldıqlarını da bildirib.

Tehranın 10 bəndlik təkliflər paketini İran Ali Milli Təhlükəsizlik Şurası yayıb:

1. ABŞ İrana hücum etməyəcəyinə zəmanət verir,

2. İran Silahlı Qüvvələri ilə əlaqələndirilərək Hörmüz boğazından nəzarətli keçid,

3. Uranın zənginləşdirilməsinin qəbul edilməsi,

4. İrana qarşı bütün sanksiyaların ləğvi,

5. İrana qarşı ilkin sanksiyaların ləğvi,

6. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin ləğvi,

7. Beynəlxalq Atom Enerjisi Agentliyinin qətnamələrinin ləğvi,

8. Hesablamalara əsasən İrana dəyən zərərin tam ödənilməsi və bütün dondurulmuş İran aktivlərinin azad edilməsi,

9. ABŞ hərbi qüvvələrinin bölgədəki bütün bazalardan və yerləşdirmə məntəqələrindən çıxarılması,

10. Livan da daxil olmaqla, bütün cəbhələrdə müttəfiq qruplara qarşı döyüşlərin dayandırılması.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ötən gün İranı yer üzündən silməklə hədələyib. SEPAH isə bəyanat yayaraq “ABŞ qırmızı xətti keçərsə, cavabımız regiondan kənara çıxacaq” deyib.

Banu