Trampdan Putinə sərt xəbərdarlıq – “Tomahavk”ı göndərərəm...”
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə müharibənin nizamlanmayacağı təqdirdə Ukraynaya “Tomahavk” qanadlı raketləri göndərməyə hazır olduğunu bəyan edib.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp bunu İsrail və HƏMAS arasında sülh sazişinin imzalanması mərasimində iştirak etmək üçün Yaxın Şərqə gedən "Air Force One" təyyarəsində jurnalistlərlə ünsiyyəti zamanı bildirib.
ABŞ prezidenti ukraynalı həmkarı Volodimir Zelenski ilə Ukrayna ordusunun tələbatını müzakirə etdiyini təsdiqləyib. Onun sözlərinə görə, bu məsələ həll olunmasa ölkəsi Ukraynaya “Tomahavk” raketləri göndərə bilər.
“Ukraynaya “Patriot” raketləri çox lazımdır. Onlar “Tomahavk” raketlərini də almaq istəyərdilər...”, - Tramp vurğulayıb.
“Tomahavk”ı çox güclü silah kimi xarakterizə edən ABŞ dövlət başçısı əlavə edib ki, yekun qərarın qəbulundan öncə məsələni Putinlə müzakirə edə bilər:
“Mən onunla (Putinlə – red.) danışa bilərəm. Mən deyə bilərəm: “Bax bu müharibə nizamlanmasa, onlara (Ukraynaya – red.) “Tomahavk” göndərəcəyəm. Deyə bilərəm ki... Açığı, Rusiyaya bu lazım deyil”.
Xatirə SADİQ