Rusiya və Ukrayna ilkin danışıqlara başladılar – Qətərdə
Qətərin vasitəçiliyi ilə Rusiya və Ukrayna bir-birlərinin enerji infrastrukturuna hücumları dayandırmaq üçün ilkin danışıqlara başlayıblar.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadən məlumat yayıb.
Danışıqların gedişindən xəbərdar olan diplomat nəşrə bildirib ki, söhbət nəyinsə mümkün bərpası ilə bağlı çox erkən danışıqlardan gedir.
“The Washington Post” avqustun əvvəlində yazırdı ki, Moskva və Kiyev enerji obyektlərinə hücumların dayandırılması ilə bağlı Qətərin vasitəçiliyi ilə gizli danışıqlara başlamağı planlaşdırırdılar.
FT qeyd edir ki, tərəflər razılığa yaxın idilər, lakin danışıqlar Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə müdaxiləsi ilə pozuldu.
Xatirə SADİQ