“Azercell” soyğunçuluqla məşğuldur? - Şikayətlər tükənmir

“Azercell”in abunəçiləri soymaq üçün tətbiq etdiyi bu qaydaya görə balans artımında da pul çıxır

Oct 30, 2024 - 12:34
“Azercell” soyğunçuluqla məşğuldur? - Şikayətlər tükənmir

"Şikayətim “Azercell”dəndir. 1 həftəlik internet ehtiyacı üçün G6-dan G2 tarifinə keçid etdim. Lazım olmayanda ləğv etmək istəyirdim, lakin bildirdilər ki, bunu etmək üçün gərək birinci daha baha tarifə keçim, sonra ləğv edə bilərəm. Bu abunəçini soymaqdır".

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə şikayətçi Səbiyyə Həsənova Feysbuk sosial şəbəkəsində yazıb. O bildirib ki, “Azercell”in abunəçiləri soymaq üçün tətbiq etdiyi bu qaydaya görə balans artımında da pul çıxır:

“Hər balans artımında pul tarifə çıxır. Halbuki ehtiyacım yoxdur. Təəssüf ki, buna cibə girməkdən başqa ad qoymaq mümkün deyil. “Azercell” bütün keyfiyyətini itirib. Ümid edirəm ki, bu aşağı səviyyəli “səhv”i düzəltməyə çalışarlar və müştəri məmnuniyyətini əvvəlki tək təmin edərlər”.

Digər abunəçilər də “Azercell”in bu qaydasını pisləyiblər. Kənan Əliyev adlı abunəçi də bu fikirdədir:

“Ən axmaq qərardır. Hələ aylıq ucuz paketləri də ləğv ediblər. Minimum 6 manatdan başlayır internet paketləri”.

Qeyd edək ki, “Azercell Telekom” ən çox şikayət olunan şəbəkələrdəndir.

Tərəfləri dinləməyə hazırıq.