Zelenski Putini təhdid etdi – “Qələbə paradına…” + VİDEO
"Ukrayna dronları da bu parada uça bilər".
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ermənistanın paytaxtı İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında deyib.
Zelenski çıxışında Rusiyanın mayın 9-da keçirəcəyi Qələbə paradından bəhs edib:
“Rusiya 9 mayda Moskvada hərbi texnika olmadan parad keçirəcəyini elan edib. Əgər bu baş verərsə, onlar ilk dəfə paradda hərbi texnikalarını sərgiləyə bilməyəcəklər. Ukrayna dronları parada uça bilər. Onlar Qızıl Meydan üzərindən pilotsuz uçuş aparatlarının (PUA) keçə biləcəyindən ehtiyat edirlər. Bu, diqqətəlayiqdir. Bu durum göstərir ki, onlar (Rusiya — red.) artıq əvvəlki qədər güclü deyillər”.
Ukrayna prezidenti Qərb liderlərini Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb:
“Rusiya Prezidenti Valdimir Putin bu yayda Ukraynaya qarşı müharibəni genişləndirmək, yoxsa diplomatik yola keçmək barədə qərar verməli olacaq. Onu diplomatiya istiqamətinə yönləndirmək üçün sanksiyalar sərtləşdirilməlidir”.
Посмотреть эту публикацию в Instagram