“Bu, məni narahat edir, Ukrayna hücum etməlidir…” – ABŞ prezidenti

“Şimali Koreya qoşunları Rusiya-Ukrayna sərhədini keçərsə, Ukrayna cavab olaraq hücum etməlidir”.

Oct 30, 2024 - 12:02
“Bu, məni narahat edir, Ukrayna hücum etməlidir…” – ABŞ prezidenti

SAVASHMEDİA.az “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bildirib.

“Bu, məni narahat edir”, - Bayden Şimali Koreya qoşunlarının Ukrayna sərhədi yaxınlığında yerləşdirilməsi ilə bağlı vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, Şimali Koreya qoşunları Ukrayna üçün potensial təhlükə yarada bilər.

Ukraynanın sərhədi keçəcəyi təqdirdə cavab verməli olub-olmaması ilə bağlı suala ABŞ prezidenti belə reaksiya verib: “Ukraynaya girsələr, bəli”.

Qərb kəşfiyyatı hesab edir ki, əvvəllər Rusiyaya təlim keçmək üçün gələn Şimali Koreya hərbçilərinin çox da böyük olmayan sayı artıq Ukrayna ərazisindədir.

ABŞ-nin məlumatına görə, Rusiyaya təlim keçmək üçün gələn Şimali Koreya hərbçiləri Kursk bölgəsinə doğru irəliləməyə başlarıblar və onların bəziləri artıq oradadır.

Xatirə SADİQ